Taekvondo üzrə yeniyetmələrdən ibarət yığma komandamız Avstriyanın İnsbruk şəhərində keçirilən "Austrian Open” beynəlxalq turnirində uğurla çıxış edib.
Yığmanın baş məşqçisi Səbuhi Zülfüqarov və komandanın böyük məşqçisi Sənan Həşimovun rəhbərliyi altında adıçəkilən ölkəyə yola düşən millimizin üzvlərindən Nurlan Fətəliyev (-53 kg) və Nicat Əsgərli (-61 kg) bütün rəqiblərinə qalib gələrək fəxri kürsün ən yüksək pilləsinə qalxıblar. Əliələsgər Əliyev (-61 kg) isə finalda komanda yoldaşı Nicat Əsgərliyə məğlub olaraq gümüş medalla kifayətlənib. Digər taekvondoçulardan Əli İsazadə (- 37 kg) və Bəxtiyar Həsənov (-49 kg) yarışı bürünc medalla başa vurublar.
Qeyd edək ki, komandamız 2 qızıl, 2 gümüş, 1 bürünc medalla 7-ci yerdə qərarlaşıb.