Şəmistan Əlizamanlı
O, 1986-cı ilin may ayından müsabiqə yolu ilə Azərbaycan radiosunun aparıcısı seçilib. Ecazkar səsi ilə hərbi mahnıların unudulmayan ifaçısı kimi yadda qalan Şəmistan Əlizamanlı Türkiyə Dövlət Televiziyası TRT-nin Azərbaycan bürosunda çalışıb. Şəmistan Əlizamanlı 1959-cu ildə Gürcüstanın Marneuli (Borçalı) bölgəsində doğulub. İndiyə qədər "Çağırır vətən”, "Qalx, Azərbaycan”, "İgid əsgər, möhkəm dayan”, "Vətən əmanəti”, "Öncə vətəndir”, "Can Azərbaycan”, "Birinci batalyon”, "Cənab leytenant”, "Çırpınırdı Qara dəniz”, "Dağlar”, "Azərbaycan-Türkiyə”, "Ana yurdum”, "Tanrı türkə yar olsun”, "Heyran türkün bayrağına”, "Qafqaz dağı, yol ver bizə” və sairə mahnıları ifa edib. Gəncliyində gəmi kapitanı olmaq istəsə də, tale onu zəhmli, qeyri-adi səs tembrinəticəsində heç gözləmədiyi bir sahilə gətirib çıxarıb... O sahilə ki, orada müharibənin dəhşətli tufanlarının, enişli-yoxuşlu həyat yolunun şahidi olub...
Redaksiyamıza elə dəvət olunduğu gün gələn, olduqca mədəni, alicənab, vətənpərvər insan olan hərbi diktor Şəmistan Əlizamanlı ilə səmimi söhbətimizi "Olimpə doğru” jurnalının çoxsaylı oxucularının diqqətinə çatdırırıq.
- Şəmistan müəllim, vətənpərvərlik mövzusundan söz düşərkən, sizin adınızı çəkməmək mümkün deyil...
- İnsan özünü, kim olduğunu dərk etdikdən sonra vətənpərvərlik hissləri də
çoxalır. Məncə, hər bir insanın daxilində belə hisslər var. Xalqımızın üzləşdiyi ağrılı problemlər mənə də çox dərindən təsir edir. Hisslər hər insanda eyni dərəcədə olmur. Mənim xoşbəxtliyim, bəlkə də, ondadır ki, vətənimizə, torpağımıza olan sevgim daha çoxdur.
- Sizcə, bu hisslərin kökü haradan başlanır?
- Mənim babam Cənubi Azərbaycandan, Nadir şahın sülaləsindəndir. Özümü dərk edəndən bizim evimizdə Azərbaycanın bölünməsi, parçalanması barədə söhbətləri gedib. Xalqımızın üzləşdiyi haqsızlıqları, hamı kimi, mən də görürdüm və bu mənə pis təsir edirdi. Mən kənd mühitində böyümüşəm. Kəndimizdə meyvə ağaclarına baxa-baxa düşünərdim ki, görəsən, Təbrizdə də alma ağacları buradakı kimidirmi? Bilirsiniz, hər bir insan müəyyən qədər valideynlərinə bənzəyir, onlarınxüsusiyyətlərini daşıyır.
- Yeri gəlmişkən, uşaqlığınızı necə xatırlayırsınız?
- Mənim uşaqlığım maraqlı keçib. Doğulduğum Borçalı mahalı sazlı-sözlü yer olub. Gözəltəbiətqoynunda,atbelindəkeçibuşaqlığım.Atamtəbiətinvurğunuidi.Bəlkədəbir zamanlarmeşəbəyi işləməsitəbiətə olan vurğunluğundan irəli gəlib. Onun gəncliyi çətin dövrədüşdüyündənalitəhsilalabilməmişdi.
Lakin əmimin ali təhsil almasının səbəbkarı atam olmuşdu. II dünya müharibəsi zamanı əmim müharibədən qayıtmadı. O, 6 ay idi ki, ailə qurmuşdu... Bu hadisənin özü də ailəmizə sarsıdıcı zərbə oldu. Babam
da, dayım da bu müharibənin qurbanıdır. Müharibə mənim yaddaşımda ağrısı-əzabı ilə qalıb... Zənnimcə, vətənpərvərlik hissləri mənədə gendənkeçib. Vətənimizlə bağlı baş verən hadisələrə biganə qala bilmirəm.
- Yəqin ki, biganə insanları da sevmirsiniz?
- Bəli. Ümumiyyətlə, ətrafımda laqeyd, vətənini sevməyən və nankor insanlara yer yoxdur. Təsadüfən tanış olduğum insanlarda müsbət keyfiyyətlər görməsəm, onlarla bir daha görüşmürəm. İnsanın mənəviyyatı, səmimiliyivəsadəliyimənimüçünçoxvacibdir. Mən demirəm ki, bütün günü vətəndən danışımaq lazımdır. Əsas odur ki, vətən məhəbbətini qəlbində, canında yaşadasan və bu hiss, harada olmağından asılı olmayaraq, səni tərk etməsin. Əgər müharibədə bir əsgərimiz şəhid olursa və sən o əsgəri doğman hesab etmirsənsə, bax, bu, bağışlanmazdır. Düşmən hücum edəndə bizi birbirimizdən seçmir. Burada millətin taleyindən söhbət gedir. Belə məqamlarda şəxsi taleyimizi necə düşünə bilərik? Bu, mənim xarakterimdir və başqa cür yaşamağı bacarmıram... Biz bir millət olaraq cəsur, ürəkli və mərd xalqıq. Əsrlər boyu əzilsək, parçalansaq da, bu xüsusiyyələri bizə unutdura bilməzlər. Biz təkcə Qarabağ müharibəsində minlərlə şəhid verdik. Onların arasında milli qəhrəmanlar, igid oğul və qızlarımız var. Vətənpərlik hissləri yalnız mübarizə aparan, torpağını, milllətini qoruyan insanlarda olur. Bu hisslər, məncə, bizim xalqımızda daha çoxdur.
- Siz hərbi xəbərləri oxuyarkən tamaşaçılarda vətənpərvərlik hissləri, qələbə ruhu, mübarizə hissləri oyanırdı. Əksər evlərdə sizin çıxışınızı, verəcəyiniz xəbərləri kirpik qırpmadan izləyirdilər. Təsadüfü deyil ki, sizi "Azərbaycanın Levitanı” adlandırırdılar. Şəmistan müəllim, bəs indi vətənpərvərlik ruhunda veriliş aparmaq təklifi alsanız yenidən aparıcı kimi efirdə görünmək istəyərdinizmi?
- Belə təkliflər bir neçı dəfə olub. Lakin ssenari və təklif olunan işin səviyyəsi məni qane etməyib. Efir insanlara, cəmiyyətə yalnız müsbət tərəfdən təsir etməlidir. İndi bu amilləri nəzərə almırlar. Xalqa milli ruhda olan filmlər, tamaşalar, mahnılar təqdim etmək lazımdır. Qeyd etdiyim kimi, Milli Qəhrəmanlarımızbarədə,vətənpərvərlikruhlu filmlərə bu gün böyük ehtiyac var.
- Milli Qəhrəmanlarımız barədə film çəkilərsə, həmin filmdə baş rolda çıxış etmək istəyərdiniz?
- Əlbəttə, istəyərdim. Mən aktyorluq fakültəsini bitirmişəm. İnanıram ki, bunu yaxşı bacarardım.
- Bəs hansısa qəhrəmanımızı canlandırmaq istəyərdinizmi?
- Mən qəhrəmanlarımızı bir-birindən ayırmıram. Onlar hamısı igidlik, cəsurluq, mərdlik nümunəsidir. Ölkəmizi, torpağımızı onlar qədər sevməyi bacarmaq lazımdır. Qəhrəmanlıq yeganə əməldir ki, onu öyrətmirlər. Bu gərək insanın qanında, canında olsun... Mən belə igidləri gördüyüm,
onlarla çiyin-çiyinə vuruşduğum üçün fəxr edirəm. Elə xatirələr var ki, onları sözlə ifadə etmək olmur, mütləq yaşamaq lazımdır. Şəhidoğullarımızın qəhrəmanlığı gəncnəslin milli şüurunun oyanmasına, onların vətən sevgisi ilə böyüməsinə imkan yaradır. Milli şüur gənc nəslin qanına hopmalıdır. Onlarda bu hissləri hərbi janrda olan musiqilərlə,
şeirlərlə yaratmaq mümkündür.
- Siz ifa etdiyiniz bir neçə mahnının həm də bəstəkarısınız.
-Bəstələdiyimmahnılarvar,ilhamgəldikcə yazıram. Bir zamanlar mahnı oxuyacağım heç ağlıma da gəlməzdi. İndi isə musiqi həyatımın ayrılmaz hissəsinə çevrilib.
- Yəni mahnı ifa etməyiniz təsadüfən alınıb?
- Bəli. Mən insanların yaddaşında daha çox hərbi diktor kimi qalmışam. Vətənpərvərlik mövzusunda oxuduğum mahnıları yaradıcılığımın bir qolu hesab edirəm. Etiraf edim ki, heç vaxt mahnı oxumaq arzusunda olmamışam. Diktorluq fəaliyyətim nəticəsində müharibədə iştiraketdim və mahnı oxumağım bir təsadüflə başladı. Bunun maraqlı tarixi var. 1993-cü ildə Ağdərədə Çıldıran əməliyyatında mühasirəyə düşdük. Lakin bu hal uzun çəkmədi və böyük səylə mühasirədən çıxdıq.
Mühasirəyədüşərkənüst-başımız tamampalcığa batmışdı. Məni Yusif adlı bir nəfərə tapşırdılar ki, əyin-başımı dəyişim. Həmin Yusif arxa cəbhə üzrə komandir müavini idi. Mən o zamana qədər Yusif Mirzəyevi tanımırdım.
O, mənə elə mehribanlıq, qayğıkeşlik göstərdi ki, elə bildim Yusifi lap çoxdan tanıyıram... O gündən sonra çox yaxın dost olduq. Yusif Naxçıvandan idi.Ağdərəyə könüllü getmişdi. Çətin döyüşlər, müharibənin ağır şərtləri bütün əsgərlər kimi Yusifdən də yan keçməmişdi.Onun sənədləri hələ sağlığında Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməsi üçün təqdim olunmuşdu. Böyrəklərində yaranan xəstəlikdən, kəskin ağrılardan əziyyət çəkirdi. Onu məcbur etdik ki, xəstəxana şəraitində müalicə olunsun. Yusif xəstaxanada qalarkən, mən də yanına gedib baş çəkirdim. Çıldıran əməliyyatı zamanı yanımızda partlayan mərmilərdən mən də payımı almışdım. Odur ki, məni də dostumun müalicə olunduğu xəstəxanaya göndərdilər. Biz orda bir otaqda qalırdıq.Xəstəxananın həkimi ŞahinMusaoğlu bizə tez-tez baş çəkirdi. Onunla aramızda isti münasibət yaranmışdı. Bir dəfə bizə dedi ki, bir mahnı yazmışam, istəyirəm qulaq asasınız. Şahin zümzümə edərək yazdığı mahnını ifa etdi. Bu mahnı "İgid əsgər, möhkəm dayan” adlanırdı. Mahnı Yusifin çox xoşuna gəldi, hətta o qədər bəyənmişdi ki, dilindən düşmürdü. Bir dəfə ona dedim ki, bumahnını bu qədər bəyənirsənsə, mən də bir gün oxuyub, sənə ithaf edərəm.Yusif müalicədən sonra Ağdərəyə, mən isə Müdafiə Nazirliyinə qayıtdım. Sonra biz yenə görüşdük. O,
mahnını nə vaxt ifa edəcəyimi səbirsizliklə gözlədiyini dedi. Düzü, mən də bəhanələr gətirib işi ləngidirdim. Deyirdim ki, mahnı ifa etmək məndə alınmaz. Sonra öyrəndim ki, Yusif əsgərlərə "İgid əsgər, möhkəm dayan” mahnısını əzbərlədib oxutdururmuş. Bu hadisə məni bir az həvəsləndirdi. Düşündüm ki, bəlkə bu mahnı mənim ifamda yaxşı alınacaq? Mahnının sözlərini çap edib, vərəqin yuxarısında "Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevə ithaf edirəm” sözlərini yazmışdım. O, axırıncı dəfə Bakıya gələndə həmin vərəqi Yusifə göstərdim və dedim ki, bax, yazmışam ki, "Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevə ithaf edirəm”. Bu görüşümüzdən bir neçə gün sonra Yusif Ağdərə uğrunda gedən döyüşlərin birində şəhid oldu... O, mənim dostum idi. Yusifin həyatımda qoyduğu boşluq omrümün sonuna qədər dolmayacaq...
- Şəmistan müəllim, yaradıcılığınız indi də davam edirmi?
- Yaradıcılığım davam edir, yeni mahnılar ifa edirəm. Lakin efirlərdə əvvəlki qədərsəslənmir...
- Sizcə, bunun səbəbi nədir ?
- Bilirsiniz, indi efirdə səslənən mahnılar daha çox şou xarakterli mahnılardır. Vətənpərvərlik mövzusunda olan verilişlər isə, qeyd etdiyim kimi, çox azdır. Mən bu mahnıları xalqımızın milli vətənəpərvərlik
ruhunun artması, əsgərlərimizə ruh, qolqanad vermək üçün oxumuşam. Hesab edirəmki,beləmahnılarradiolarda, efirlərdə təmənnasız əsləndirilməlidir.
- Bəs, 2013-cü ildə hansı planlarınız var?
- Bu yaxınlarda mahnılarımdan ibarər "Vətən əmanəti” adlı yeni albom işıq
üzü görəcək. Daha sonra, inşallah, klip çəkdirməyi düşünürəm.
- Bu albomda öz bəstələdiyiniz mahnılar da yer alacaqmı?
- Bu diskdə mənim bəstələdiyim bir mahnı olacaq. Qeyd edim ki, yeni mahnılarla bərabər, lap əvvəllər ifa etdiyim mahnılara da albomda yer verilib.Düşünürəmki,"Vətən əmanəti” dinləyicilərin zövqünü oxşayacaq və vətənpərvər insanların sevərək dinlədiyi mahnılar olacaq.
- Şəmistan müəllim, ifa edəcəyiniz mahnını seçərkən daha çox hansı xüsusiyyətlərə diqqət yetirirsiniz?
- Mahnı, əsasən, ruhuma, zövqümə uyğun olmalı, bir-birini təkrar etməməlidir. Mahnıların səmimi və yaddaqalan olması da əsas şərtdir. Bəyənmədiyim sözü, musiqini heç vaxt ifa edə bilmərəm. Bu baxımdan, bəzən təqdim olunan mahnının sözlərinə düzəliş də etməyə məcbur oluram. Çalışıram ki, gördüyüm iş səviyyəli olsun və tənqidə məruz qalmasın. Ümumiyyətlə, hər kəs gördüyü işin məsuliyyətini dərk etməlidir. Oxuduğum mahnıdan, gördüyüm işdən, ilk növbədə, özüm zövq almalıyam. İnsan sevdiyi işlə məşğul olanda ondan yorulmur.
- Bəs, yorğun zamanlarınızda necə dincəlir, nədən zövq alırsınız?
- Təbiətin qoynunda olmağı sevirəm. Biz rayon adamlarıyıq, vətənin hər guşəsi bizə zövq verir.Mən təbiət vurğunuyam. Təklikdə gəzməyi, düşünməyi sevirəm. Özüm-özümlə qalanda rahatlıq tapıram.
- Hobbiniz necə, varmı? - Hobbim saatlarla, yorulmadan tilov atıb balıq tutmaqdır. Əslində, məqsəd balıq tutmaq deyil, zamanı mənalı keçirməkdir. Bəlkə də tutacağım balığı təzədən suya buraxaram... Ümumiyyətlə, təbiəti, heyvanları, quşları çox sevirəm.
- Təbiəti seyr edərkən hansı mahnıları zümzümə edirsiniz: vətənpənvərlik mahnılarını, yoxsa...?
- Bəzən sevdiyim xalq mahnılarımızdan, aşıq havalarından zümzümə edirəm. Məncə, insan təbiət qoynunda hansı hissləri keçirirsə, həmin hisslərə uyğun mahnılara müraciət edir. Aşıq mahnılarına da böyük məhəbbətim var. Çünki gözaçdığım Borçalı eli aşıq musiqisinin, sazın, sözündiyarıdır. Bununla bərabər, muğamatı da çox sevirəm. Çünki bütün bu musiqilərdə təmiz məhəbbət, vətənpərvərlik ruhu, milli özünüdərk hissləri var. Qədim tariximizi, musiqimizi və mədəniyyətimizi sevmək, vətənimizi sevmək deməkdir.
- Səmimi müsahibə üçün təşəkkür edirik.
- Sağ olun.
Jalə