«Döyüş növlərinə olan marağım məni peşəkar idmana bağladı»

«Döyüş növlərinə olan marağım məni peşəkar idmana bağladı»


İdmanı özü üçün həyat tərzi seçən Elsevər Quliyev döyüş idman növlərinə kiçik yaşlarından böyük maraq göstərib. 1981-ci il Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Çeşməbasar kəndində anadan olan Elsevərin ailəsində idmana böyük maraq var. Onun atası vaxtilə güləşlə məşğul olub. Hazırda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin (DGK İSM) «Gömrükçü» İdman Klubunu təmsil edən Elsevər uşu üzrə ilk məşqlərə Şəhriyar Tarıyevin rəhbərliyi altında başlayıb.
Bu sahədə istedadının olması onun ciddi uğurlar qazanmağa sövq edib. Sonradan müxtəlif döyüş növlərində qüvvəsini sınayan idmançımız yarışlarda iştirak edərək mötəbər yarışların qalib və mükafatçı adını qazanıb. Elsevər qocyu-ryu karate üzrə ölkə və dünya çempionu, həmçinin kempo üzrə ikiqat dünya çempionudur. E. Quliyev Hap ki do üzrə isə dördqat respublika çempionu olan idmançımız hazırda şəxsi məşqçisi Nurani Qalabəylinin rəhbərliyi altında məşqlərini davam etdirir. Kikboksinq üzrə yığma komandanın heyətində qarşıdakı yarışlara hazırlaşan Elsevəri qarşıda daha bir mötəbər yarış gözləyir. Belə ki, idmançımız buyaxınlarda İtaliyanın Milan şəhərində keçiriləcək döyüş növləri üzrə dünya çempionatında çıxış edəcək. WKA, WTKA və İAKSA Döyüş Assosiasiyalarının birgə təşkilatçılığı ilə keçiriləcək yarışda idmançımız K-1 döyüşlərində qüvvəsini sınaycaq. 2013-cü ildə K-1 növü üzrə respublika çempionatında birinci olan döyüşçünün bu yarışda da əsas məqsədi bütün rəqiblərini üstələyərək dünya çempionu adını qazanmaqdır.

Elsevər idmanda ona dəstək olan insanlara da təşəkkürünü bildirdi: «Bu səviyyəyə gəlməyimdə üçün məşqçilərimin böyük zəhməti var. Döyüş növlərinə olan marağım məni peşəkar idmana bağladı Təmsil etdiyim DGK İSM-ın «Gömrükçü» İK mənə yarışlarda daim dəstək olur. Hazırda Xaçmaz Gömrük İdarəsində yol vergilər şöbəsinin baş inspektoru vəzifəsində çalışıram və gömrük xidməti polkovnik-leytenantıyam. Fürsətdən istifadə edib yarışlarda iştirakıma yaratdığı şəraitə görə Xaçmaz Gömrük İdarəsinin rəhbərliynə minnətdarlığımı bildirirəm».