Uğurları ilə fərqlənən döyüşçü

Uğurları ilə fərqlənən döyüşçü


Ölkəmizdə idmanın inkişafı hər bir ölkə vətəndaşı tərəfindən böyük sevinc və fərəh hissi ilə qarşılanır. Azərbaycan idmanının sürətlə inkişaf etməsi respublikamızda bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir. Ölkəmizdə biri¬birinin ardınca istifadəyə verilən Olimpiya idman kompleksləri, idman qurğuları da idmançılarımıza göstərilən qayğının bariz nümunəsidir. Təmsilçilərimiz isə yaradılan şəraitdən maksimum səviyyədə yararlanıb, müxtəlif yarışlarda ölkəmizin idman şərəfini layi¬qincə qorumağa çalışırlar. Hazırda paytaxt və bölgələrdə fəaliyyət göstərən komplekslərdə, klublarda, yüzlərlə, minlərlə yeniyetmə və gənc idmanın müxtəlif növləri ilə məşğul olurlar. Bu gün ölkəmizdə müxtəlif döyüş növləri də populyarlıq qazanıb. Sevindirici haldır ki, döyüşçülərimiz müxtəlif yarışlarda peşəkar səviyyədə çıxış edərək ölkəmizi layiqincə təmsil edirlər. Beynəlxalq arenalarda bayrağımızı dalğalandıran, himnimizi səsləndirən idmançılarımızdan biri də Azər Aslanovdur. 1981¬ci il sentyabrın 2¬də Gəncə şəhərində anadan olan Azər idmana uşaq yaşlarından həvəs göstərib. Bu sahəyə həvəsi onda məşqçisi yaradıb. O, idmanda ilk addımlarını yaşadığı Gəncə şəhərində məşqçisi İlqar Əliyevin rəhbərliyi altında atıb. Azər peşəkar şəkildə kikboksla məşqçisi Albert Qəribovun rəhbərliyi altında məşğul olmağa başlayıb. Çox keçməyib ki, idmançımız əvvəlcə ölkədaxili, sonra isə beynəlxalq arenalarda medallar qazanıb. Döyüşçümüz 2011¬ci ildə Macarıstanda Dünya kubokuna sahib çıxıb. O, eyni ildə Makedoniyada təşkil olunan dünya çempionatında üçüncü yeri tutub. 2012¬ci ildə Ukraynada kikboksun WAKO versiyası üzrə klublararası dünya çempionatında bütün rəqiblərindən üstün olub. İdmançımız ötən il Yunanıstanın Afina şəhərində keçirilən dünya çempionatında da ona bəslənilən ümidləri doğruldub. Buyaxınlarda Yunanıstanın Sontarinyo adasında keçirilən dünya çempionatında da təmsilçimiz çempion adını qazanıb. Qeyd edək ki, Azər Aslanov hazırda Azərbaycan Respublikası Vergilər Nazirliyində çalışır. İdmançımız qeyd etdik ki, nazirlik tərəfindən yarışlarda iştirakı üçün ona hər çür şərait yaradılır. "Daha böyük uğurlar qazanmaq arzusundayam. Bundan sonrakı yarışlarda da mənə bəslənilən ümidləri doğrultmaq üçün ciddi məşqlər edəcəyəm”. İnanırıq ki, təmsilçimiz qarşıdakı yarışlarda da ölkəmizi layiqincə təmsil edəcək.