“Mən qayıdacağam”

“Mən qayıdacağam”


UFC versiyası üzrə sabiq dünya çempionu Konor Makqreqor 2019-cu ildə idman karyerasını davam etdirəcəyini deyib.
"2019-cu ildə idman karyeramı davam etdirəcəyəm. Yəni mən qayıdacağam. Hər birinizə dəstəyiniz üçün təşəkkürümü bildirirəm”, - deyə Konor Makqreqor bildirib.
Qeyd edək ki, Konor Makqreqor hazırkı dünya çempionu Həbib Nurməhəmmədova uduzmamışdan əvvəl də idmana 2 il fasilə vermişdi.