Sərrastlarımız açıq Tbilisi kuboku yarışlarında fərqləniblər

Sərrastlarımız açıq Tbilisi kuboku yarışlarında fərqləniblər


Güllə atıcılığı üzrə komandamız açıq Tbilisi kuboku yarışlarında uğurla çıxış ediblər. İdmançımız Ruslan Lunyov 10 metr məsafəyə atəşaçma yarışında (PTÇ-3) 575 xal toplayaraq turnirin qalibi adını qazanıb. Vladislav Kalmıkov isə 552 xalla yeniyetmələr arasında üçüncü olub.