Qarışıq döyüş növləri (MMA) üzrə əfsanəvi boksçu Fyodor Yemelyanenko aldığı zədələr və yaşı ilə əlaqədar karyerasını başa vurmağı düşünür.
42 yaşlı idmançı bu barədə qərarını amerikalı boksçu Rayan Beyder ilə qarşılaşma ərəfəsində açıqlayıb.
"Karyeramı başa vurmaq barədə indi daha çox düşünməyə başlamışam. Bu qərara gəlməyimin səbəbi döyüşmək istəməməyim deyil. Sadəcə yaşım və zədələr artıq özünü göstərir”, - deyə o, bildirib.
Qeyd edək ki, F.Yemelyanenko karyerası ərzində 38 döyüşdə qələbə qazanıb, beş görüşdə məğlub olub. R.Beyder isə qarşılaşmalarda 26 dəfə qalib gəlib, 5 dəfə məğlubiyyətə uğrayıb. Boksçular arasında final qarşılaşması yanvarın 27-də Los-Ancelesdə keçiriləcək.