İsveçrənin Lozanna şəhərində keçirilən para taekvondo üzrə lV dünya çempionatı başa çatıb. Çempionat komandamız üçün uğurlu olub. Para taekvondo üzrə yığma komandanın baş məşqçisi əməkdar məşqçi Əvəz Tağıyevin və komandanın böyük məşqçisi Yaşar Səfərovun rəhbərliyi altında 15 idmançı ilə yarışda iştirak edən seçmə komandamız vətənə 12 medalla dönüb.
Ötənilki dünya çempionatının qalibi olan Vüsal İsmayılov (+80 kq) və Röyalə Fətəliyeva (-49 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Namiq Abbasov (-58 kq), Anar Hüseynov (-68 kqg), Cahangir Bayramov (+80 kq), Rövşən Qəhrəmanlı (-58 kq), Əbülfəz Abuzərli (-58 kq), Bahar Şıxəliyeva (-49 kq) isə gümüş medalla kifayətləniblər. Komandanın digər üzvlərindən Emin Nüsrətdinov (-58 kq), Aleksandr Polişuk (-80 kq), Rzayev Rövşən (-80 kq), Vüqar Adışirinov (+80 kq) isə yarışı bürünc medalla başa vurublar.
Milli komandamız 2 qızıl, 6 gümüş və 4 bürünc medalla Rusiya yığmasından sonra ikinci yerdə qərarlaşıb. Türkiyə, İran və İspaniya milliləri, müvafiq olaraq, növbəti yerləri bölüşdürüblər.