Fevralın 24-də Şağan Olimpiya İdman Kompleksində ciu-citsu üzrə respublika çempionatı keçiriləcək. Turnir Gənclər və İdman Nazirliyinin, Azərbaycan Ciu-Citsu Federasiyasının birgə təşəbbüsü ilə təşkil olunacaq. Çempionatda 17 yaşadək idmançılar güclərini sınayacaqlar. Yarışda idmançılar ciu-citsunun "Ne-Waza” və "Fighting” növü üzrə mübarizə aparacaqlar.