Azərbaycanlı idmançı Zəhra Salmanlı Tehranda keçirilən karate üzrə beynəlxalq turnirdə təqdirəlayiq hərəkət edib.
Qadın idmançımız Azərbaycan bayrağının Ermənistan bayrağının altında asılmasına qəti şəkildə etiraz edib. Zəhra tələb edib ki, Azərbaycan bayrağı ordan çıxarılsın və layiq olduğu yerdə asılsın. Bunun edilməyəcəyi təqdirdə tatamiyə çıxmaqdan və ümumiyyətlə yarışdan imtina edəcəyini bildirib.
Azərbaycan bayrağının yeri dəyişdirildikdən sonra yarışa qatılan Zəhra böyük uğura da imza atıb və birinci yeri qazanıb.