UFC çempionu Həbib Nurməhəmmədov fevralın 24-də Mahaçqalada səhnələşdirilmiş "Kişi ovu” adlı əsəri tənqid edib.
O, öz instagram səhifəsində tamaşa barədə çox sərt fikir bildirib:
"Niyə heç kim şəhərin mərkəzində göstərilən bu biabırçılığa görə səsini çıxarmır? Bəlkə, istəyirsiniz insanlar küçələrə axişsın? Bizi təhrik etməyin, alçaltmayın. Hər şeyin bir həddi var”,- deyən döyüşçü Dağıstan rəhbərliyinə müraciət edib.
O həmçinin, hakim dairələri kişi kimi təhqirlərə cavab verməyə çağırıb.
Lenta.ru-nun məlumatına görə, tamaşanın prodüsseri, aktyor İvan Jidkov H.Nurməhəmmədovdan üzr istəyib. Aktyor eyni zamanda çoxlu sayda təhdidlər aldığını da bildirib.
H.Nurməhəmmədov daha öncə də bu tamaşa barədə sərt fikirlər bildirmiş, bu kimi tamaşaların Dağıstanda yolverilməz olduğunu vurğulamışdı. Fevralın 25-də sosial şəbəkələrdə həmin tamaşadan bir kadr yayımlanmışdı. Kadrda yarımçılpaq kişi və qadın təsvir olunmuşdu.