NBA çempionu UFC-də döyüşəcək

NBA çempionu UFC-də döyüşəcək


Milli Basketbol Assosiasiyasının (NBA) keçmiş oyunçusu Royce Uayt qarışıq döyüş növləri (MMA) üzrə karyera qurmaq fikrindədir. 27 yaşlı idmançı Mütləq Döyüş Çempionatının (UFC) kəməri uğrunda mübarizə aparmağı planlaşdırır.
"Mən dünyanın ən yaxşı idmançılarından biriyəm. NBA-da mənim gücümü, qabiliyyətimi yüksək qiymətləndiriblər. Düşünürəm ki, bu keyfiyyətlər UFC-də də gərək olacaq. Yeniyetmə çağlarından MMA-nın fanatı olmuşam. Şadam ki, sevdiyim işlə məşğul olacağam”, - deyə Uayt bildirib.