Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş kikboksinq üzrə kadetlər arasında Bakı şəhər birinciliyi keçirilib.
Birincilikdə 18 idman klubunu təmsil edən 268 idmançı mübarizə aparıb.
Gərgin mübarizə şəraitində keçən yarışda Nizam Quliyev (20 kq), Orxan Əhmədov (26 kq), Eldar Mirzəyev (32 kq), Nihat Tağızadə (39 kq), Amin Quliyev (45 kq), Əsgər Musayev (47 kq), Elcan Tanrıverdiyev (52 kq), Orxan Babayev (63 kq), Əlirza Rzayev (69 kq) I yerə layiq görülüblər.
Yarışda ilk üç yeri tutan idmançılar müvafiq dərəcəli diplomlar və medallarla təltif olunublar.