İstanbulda 32-ci beynəlxalq Bosfor kuboku turniri keçirilib. Yarışda Azərbaycan karateçiləri də qüvvələrini sınayıblar. Təmsilçilərimiz turnirdə 14 medal qazanıblar. Fərdi kumite yarışlarında Vüsal Qəmbərov (30 kq), Məhəmməd Xamoyev (45 kq), Ramil Baxşəliyev (52 kq) və Hüseyn Məmmədli (61 kq) bütün rəqiblərini məğlub edərək turnirin qalibi adına layiq görülüblər.
Fərdi kumite yarışlarında komandamızın aktivinə gümüş medalları Rüstəm Rzayev (+45 kq), Kamil Kərimli (45 kq), Ayxan Allahverdiyev (52 kq), Rəsul Abbasov (45 kq), Osman Osmanlı (+76 kq) yazdırıblar. Bu yarışlarda Əli Ağayev (40 kq), Aysu Əliyeva (44 kq), Fərid Savadov (52 kq), Ruslan Qafarlı (57 kq) və Fərid Ağayev (76 kq) isə bürünc medallara sahib olublar.
Ənənəvi turnirdə 31 ölkədən 1299 karateçi iştirak edib.