Məşhur UFC döyüşçüsü Konor Makqreqor həbs edilib.
İrlandiyalı idmançı ABŞ-ın Florida ştatında polis tərəfindən saxlanılıb.
Buna səbəb Makqreqorun azarkeşi ilə insident yaşaması olub. Belə ki, Makqreqorun fanatı Mayamidə onunla foto çəkdirmək istəyib. Lakin idmançı azarkeşinə sərt davranaraq onun telefonunu qırıb. İdmançının fanatı buna cavabsız qalmayıb və onu polisə şikayət edib. Polis isə Makqreqor haqqında quldurluq və qəsdən zərərvermə ittihamları qaldırıb.