Karateçimiz qitə çempionatının finalında

Karateçimiz qitə çempionatının finalında


İspaniyanın Qvadalaxara şəhərində karate üzrə böyüklər arasında 54-cü Avropa çempionatı keçirilir. Yarışda karate üzrə böyüklərdən ibarət milli komandamız da qüvvəsini sınayır. Yarışların birinci günündə kumitenin bütün çəki dərəcələrində və kata üzrə fərdi yarışlar keçirilib.
Kişilərin fərdi yarışlarında Rafael Ağayev (75 kq) uğurla çıxış edərək qitə çempionatının finalına vəsiqə qazanıb. Komandamızın digər üzvləri Asiman Qurbanlı (+84 kq), Nuranə Əliyeva (50 kq) və katada Roman Heydərov bürünc medal uğrunda döyüşəcəklər.
Qeyd edək ki, Avropa çempionatında 51 ölkədən 508 idmançı iştirak edir. Karateçilər hər qələbə və medallara görə dünya reytinqində mövqelərini gücləndirməklə yanaşı, Olimpiya və Avropa oyunlarına vəsiqə əldə etmək uğrunda reytinq xalları da qazanacaqlar.
Yarışların idarə olunmasında beynəlxalq dərəcəli hakimlər Cahangir Babayev, Vüqar Kərimov və Anar Allahverdiyev də iştirak edirlər.