Göygöl Olimpiya İdman Kompleksində 31 Mart soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş taekvondo üzrə açıq rayon birinciliyində Masallı taekvondoçuları uğurla çıxış ediblər. Gənclər və İdman Nazirliyi, Taekvondo Federasiyasının, Göygöl Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən və iki gün davam edən yarışda 2002-2004-cü, 2005-2007-ci və 2008-2011-ci il təvəllüdlü idmançılar qələbə uğrunda mübarizə aparıblar. Açıq rayon birinciliyində ölkəmizin şəhər və rayonlarından olan idmançılarla yanaşı, İran və Gürcüstan taekvondoçuları da güclərini sınayıblar.
Yarışda yeddi nəfərlik heyətlə təmsil olunan Masallı Rayon Gənclər və İdman İdarəsi nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin yetirmələrindən Sevda Əzizova 41 kiloqram çəki dərəcəsində ikinci, Rahid Vəliyev 45 və Ağakərim Əliyev 30 kiloqram çəki dərəcəsində üçüncü yeri tutublar.
Qaliblərə diplom və medallar təqdim olunub.