Ölkəmizdə beynəlxalq karate-do turniri keçiriləcək

Ölkəmizdə beynəlxalq karate-do turniri keçiriləcək

Mayın 4-5-də Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Heydər Əliyev Kuboku uğrunda "Nakhchivan Open” beynəlxalq karate-do turniri keçiriləcək.
Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirlikləri, Azərbaycan Milli Karate Federasiyası və Naxçıvan Karate-do Federasiyasının təşkilatçılığı ilə keçiriləcək turnirdə uşaqlar, yeniyetmələr, gənclər kateqoriyalarında yarışlar təşkil olunacaq.
İlham Əliyev adına Naxçıvan Olimpiya İdman Kompleksində keçiriləcək beynəlxalq yarışda 10-dək ölkənin təmsil olunması gözlənilir.