“Biz dediyimiz sözə cavab veririk”

“Biz dediyimiz sözə cavab veririk”

UFC üzrə dünya çempionu Habib Hurmaqomedov digər döyüşçü həmkarı Konor Makqreqordan danışıb. 
Dünya çempionu deyib: "Konor 2016-cı ildən bu yana rinqdə uğur qazanmayıb. İndi isə 2019-cu ildir. Bu müddət ərzində uğur qazana bilməyən insan şübhəsiz ki, qalmaqal və söz-söhbətlə məşğul olacaq. Mən bunu anlayıram, amma çoxları başa düşmür. 
O insan başqa mühitdə böyüyüb. Dediyi  sözlərə cavab vermir. Biz isə başqa mühitdə böyümüşük və dediyimiz sözə, etdiyimiz hərəkətə görə cavab veririk. Mən 10 il bundan əvvəl onunla görüşüb cavabını verərdim, amma indi bu, mənim iradəmdən asılı deyil”. 
Məlumat üçün bildirək ki, Konor Makqreqor ötən ilin oktyabr ayında Habib Hurmaqomedova uduzub. Bu məğlubiyyəti həzm edə bilməyən irlandiyalı boksçu hər vəchlə dağıstanlı boksçunu və ailəsini təhqir etməyə cəhd edir.