Paytaxtın ən güclü samboçuları müəyyənləşdi

Paytaxtın ən güclü samboçuları müəyyənləşdi


Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Abşeron Olimpiya İdman Kompleksində Sabir Hüseynovun xatirəsinə həsr olunmuş sambo üzrə 2003-2005-ci illər təvəllüdlü idmançılar arasında açıq paytaxt turniri keçirilib.
Yarışda 167 idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Nicat İsmayılov (42 kq), Fərid İbrahimli (46 kq), Sahib Babayev (50 kq), Toğrul İbrahimov (55 kq), Abbas Qafarov (60 kq), Sübhi Süleymanlı (66 kq), Təbriz Səyyadov (72 kq), Fəxrəddin Əlizadə (78 kq), Rəvan Kazımov (84 kq) və Orxan Məcidli (84 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
İlk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.