Azərbaycanın yeniyetmə samboçuları Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən dünya birinciliyində beş medal qazanıblar. İdmançılardan Nicat Sultanov (71 kiloqram) gümüş, Ziyəddin Zeynallı (53 kiloqram) və Sulhan Süleymanlı (79 kiloqram) bürünc mükafata layiq görülüblər.
Gənc samboçulardan isə Sahib Babayev (58 kiloqram) və Rəsul Aydəmirov (98 kiloqram) ikinci yeri tutublar.