Beynəlxalq Sambo Federasiyasının (FIAS) İcraiyyə Komitəsi 2023-cü il dünya çempionatının keçirilmə yeri kimi Misiri seçib.Yarış noyabrın 10-12-də keçiriləcək.Bu barədə FİAS-ın mətbuat xidməti məlumat yayıb.Həmçinin bildirilib ki, Dominikan Respublikası 2023-cü ilin avqustunda çimərlik sambosu üzrə dünya çempionatına ev sahibliyi edəcək.İcraiyyə Komitəsi bir sıra digər yarışların vaxtı və yeri ilə bağlı qərarlar qəbul edib. Sambo üzrə Avropa çempionatı və gənclər arasında çempionatı gələn ilin aprelində İsraildə keçiriləcək. 2023-cü ildə sambo üzrə üç Dünya kubokunun keçirilməsi planlaşdırılır. Onlar Dominikan Respublikası, Qırğızıstan və Serbiyada keçiriləcək. İl ərzində müxtəlif ölkələrdə bir sıra qitə kubokları və beynəlxalq turnirlər də keçiriləcək.
Qeyd edək ki, 2022-ci il sambo üzrə dünya çempionatı noyabrın 11-dən 13-dək Bişkekdə təşkil olunacaq.
Misir dünya çempionatına ev sahibliyi edəcək