Sentyabrın 15-18-də Serbiyanın Novi Sad şəhərində yeniyetmə, gənclər və böyüklər arasında sambo üzrə Avropa çempionatı keçiriləcək. Yarışda Azərbaycan samboçuları da qüvvələrini sınayacaqlar. Komandamız çempionatda baş məşqçi Vahid Tarverdiyev və məşqçi Cabir İsmayılovun rəhbərliyi altında 19 idmançı ilə təmsil olunacaq. Bunlardan 5-i yeniyetmə, 6-sı gənc, 6-sı böyük və 2-si döyüş sambosu ilə məşğul olan idmançılardırlar. Komandamız sentyabrın 14-də Serbiyaya yola düşəcək, beş gün sonra Bakıya dönəcək.
Yeniyetmələrin yarışında ölkəmizi Musaxan Gülməmmədov (64 kq), Kərəm Babazadə (71 kq), Toğrul İbrahimov (79 kq), Fərəc Gözəlov (88 kq) və Orxan Məcidli (+98 kq) təmsil edəcəklər. Rəvan Rüstəmli (58 kq), Elvin Bağırov (64 kq), Əhməd Hüseynov (71 kq), Adil Adilzadə (79 kq), Məhəmmədəli Əliyev (88 kq), Məhəmməd Məmmədzadə (+98 kq) gənclər, Mehman Xəlilov (58 kq), Mirfəttah Seyidəliyev (64 kq), Emil Həsənov (71 kq) Ceyhun Hüseynov (88 kq), Eyvaz Nəsibli (98 kq) və Toğrul Salmanov (+98 kq) isə böyüklər kateqoriyasında yarışacaqlar. Döyüş sambosunda Ramil Vəliyev (79 kq) və Nəbi Məmmədov (98 kq) medallar uğrunda mübarizə aparacaqlar.
Samboçularımız Avropa çempionatında iştirak edəcəklər