Yeniyetmə və gənc samboçularımız Avropa çempionatını 7 medalla başa vurdular 

Yeniyetmə və gənc samboçularımız Avropa çempionatını 7 medalla başa vurdular 

Serbiyanın Novi Sad şəhərində keçirilən sambo üzrə gənclər və yeniyetmələr arasında Avropa çempionatı başa çatıb.

Azərbaycan Sambo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, millimiz turniri 7 medalla başa vurub. 

Komandamız gənclərin yarışında 3 medal (2 gümüş və 1 bürünc), yeniyetmələrin mübarizəsində isə 4 medal (4 bürünc) əldə edib.

Belə ki, gənclərdə Nicat Rəhimov (64 kq), Xudabaxış Əliyev (71 kq) gümüş, Pünhan Göyüşov (79 kq) bürünc, yeniyetmələrdə isə İsmayıl Əlipənahov (53 kq), Nicat Süleymanlı (64 kq), Roman Qarayev (79 kq) və Hacbaba İmaməliyev (+98 kq) bürünc medal qazanıb.

Beləliklə, Azərbaycanın sambo milliləri Avropa çempionatında 10 medal (1 qızıl, 2 gümüş, 7 bürünc) qazanıb. Xatırladaq ki, daha əvvəl böyüklərdən Elvin Bağırov (64 kq) qızıl, Nicat Məmmədli (58 kq) və Rəsul Aydəmirov (98 kq) bürünc medala sahib çıxmışdı.