Cüdo üzrə iki dəfə Olimpiya çempionu, amerikalı Kayla Harrison Habib Nurmaqomedovu asanlıqla məğlub edəcəyini söyləyib.
Xanım idmançı yalnız bir qayda irəli sürüb – döyüş, onun sevimli idmanı çərçivəsində keçirilməlidir.
"Mən onu cüdo döyüşündə məğlub edərdim. Buna 100 faiz əminəm. Mən Həbibə qalib gələrəm" - deyə, Olimpiya çempionu deyib. Harrison özünə çox inamlıa danışıb: Xanım idmançı əminliklə bildirib ki, əgər Nurmaqomedov zərbə endirə bilmədiyi təqdirdə o sarsıdıcı üstünlüyə sahib olacaq.
İdmançı qız Kaylanın meneceri, Həbiblə də işgüzar əlaqəsi olan Əli Əbdül-Əziz bildirib ki, qarşı tərəfin də razılığı olarsa, onların döyüşü tamamilə mümkündür.