Dünya çempionunu iftara dəvət etdilər

Dünya çempionunu iftara dəvət etdilər


UFC turniri üzrə dünya çempionu, dağıstanlı məşhur döyüşçü Həbib Nurməhəmmədov Çeçenistan başçısı Ramzan Kadırovun Qroznıda təşkil etdiyi iftar süfrəsinə dəvətini qəbul edib.
Dünya çempionu dəvətə əliboş getməyib. Həbib çeçen liderinə hədiyyə olaraq idman ayaqqabısı hədiyyə edib. Dağıstanlı qonaqla yanaşı, Kadırov "Əhməd" Çeçen döyüş klubu üzvləri və digər tanınmış idmançıları da dəvət edib. Birgə iftardan öncə Çeçenistan lideri və qonaqlar Həbib Nurməhəmmədovun imamlığıyla şam namazı qılıblar.