Azərbaycan komandası Şanxayda keçirilmiş Karate 1 Premyer Liqa turnirini iki medalla başa vurub.
Karateçilərimiz Firdovsi Fərzəliyev (60 kq) və Pənah Abdullayev (84 kq) mötəbər turnirdə üçüncü yeri tutublar. Onlar bürünc medal qazanmaqla yanaşı, müxtəlif reytinq cədvəllərində yerlərini də möhkəmləndiriblər.
Dünya Karate Federasiyasının (WKF) rəsmi yarışlarından olan Karate 1 Premyer Liqa turniri mövsümünün dördüncü mərhələsində 76 ölkədən 543 idmançı iştirak edib.
Yarışdan əvvəl müxtəlif ölkələrdə təlim-məşqlərə qatılan milli komandanın üzvləri ikinci Avropa Oyunlarına hazırlıqları davam etdirəcəklər.