BOK-un və AOK-un himayəsi altında keçirilən idman tədbirləri avropa yeniyetmələrinin olimpiya festivalları

BOK-un və AOK-un himayəsi altında keçirilən idman tədbirləri avropa yeniyetmələrinin olimpiya festivalları



Beynəlxalq Olimpiya Komitəsinin (BOK) himayəsi və Avropa Olimpiya Komitəsinin (AOK) təşkilatçılığı ilə Olimpiya oyunları arasındakı dövr ərzində müxtəlif çoxsaylı beynəlxalq idman tədbirləri keçirilir. Bu yarışlar arasında Avropa Yeniyetmələrinin Olimpiya Festivalları xüsusi yer tutur. Yeniyetmələrin belə yarışlarda iştrakı onların böyük idmanda təcrübələrinin artmasına, gələcəkdə Olimpiya oyunlarında çıxış etmələrinə əlverişli zəmin yaradır. Bu festivallarda müxtəlif ölkələrdən olan minlərlə yeniyetmə idmançı öz həmyaşıdları ilə yaxından tanış olur, fikir mübadiləsi apararaq, öz dünyagörüşünü zənginləşdirir, potensial güc və bacarıqlarını sağlam və adələtli idman mübarizəsi şəraitində həyata keçirirlər. Dünyagörüşü yenicə formalaşmağa başlayan 13-17 yaşlı yeniyetmələr üçün belə beynəlxalq tədbirlər yalnız onların fiziki cəhətdən sağlamlıqları üçün deyil, həm də mənəvi cəhətdən kamilləşmələri üçün əvəzsiz rol oynayır. İdmanın kütləviləşməsi və Olimpiya Hərəkatının təbliği üçün əvəzsiz vasitə olan, BOK və AOK-un himayəsi altında keçirilən belə beynəlxalq yarışlarda Azərbaycan atletləri də uğurla çıxış edirlər. Avropa Yeniyetmələrinin Olimpiya Günləri 1991-ci ildən keçirilir. Avropa Yeniyetmələrinin həm yay (1991-Brüssel, Belçika; 1993-Valkensvad, Hollandiya; 1995 - Bazz; 1997-Lissabon, Portuqaliya, 1999 - Esbyorq, Danimarka, 2001- Mursiya, İspaniya, 2003- Paris, Fransa, 2005 -Valkensvad, Hollandiya , 2007 - Belqrad, 2009-Tampere, Finlandiya, 2011-Trabzon, Türkiyə), həm də qış (1993 - Aosta, 1995 - Andorra; 1997 - Sandsval; 1999 - Poprad-Tartu, 2001-Byokatti, 2003- Bled, 2005 -Montey, 2007-Caka, 2009 -Yuxarı Sileriya, 2011 -Liberets) Olimpiya Festivalları iki ildən bir keçirilir. Bu tədbirdə Avropanın 48 ölkəsindən yeniyetmə idmançılar öz qüvvələrini sınayırlar.

Azərbaycanın yeniyetmə idmançıları olimpiya festivallarında
Yeniyetmələrin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi üçün onların idmana cəlb olunması mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə dünyada bir sıra idman tədbirləri həyata keçirilir. Bunlardan biri də Avropa Olimpiya Komitəsinin təşkilatçılığı ilə iki ildən bir keçirilən Avropa Yeniyetmələrinin Olimpiya Festivalıdır (AYOF). Festivalın təşkilində məqsəd Olimpiya Hərəkatının daha da genişləndirilməsi və yeniyetmələrin idmana kütləvi surətdə cəlb edilməsidir. Avropa Yeniyetmələrinin 1991-ci ildən təşkil olunan Olimpiya Festivalında Azərbaycanın yeniyetmə idmançıları 1993-cü ildən iştirak edirlər. Hollandiyanın Valkensvard şəhərində təşkil olunan yarışda 43 ölkənin idmançısı Avropa Yeniyetmələrinin Olimpiya Günləri 1991-ci ildən keçirilir. Avropa Yeniyetmələrinin həm yay (1991-Brüssel, Belçika; 1993-Valkensvad, Hollandiya; 1995 - Bazz; 1997-Lissabon, Portuqaliya, 1999 - Esbyorq, Danimarka, 2001-Mursiya, İspaniya, 2003- Paris, Fransa, 2005 -Valkensvad, Hollandiya , 2007 - Belqrad, 2009-Tampere, Finlandiya, 2011-Trabzon, Türkiyə), həm də qış (1993 - Aosta, 1995 - Andorra; 1997 - Sandsval; 1999 - Poprad-Tartu, 2001- Byokatti, 2003- Bled, 2005 -Montey, 2007-Caka, 2009 -Yuxarı Sileriya, 2011 -Liberets) Olimpiya Festivalları iki ildən bir keçirilir. Bu tədbirdə Avropanın 48 ölkəsindən yeniyetmə idmançılar öz qüvvələrini sınayırlar. 10 idman növündə mübarizə aparıb. Həmin festivalda təmsilçilərimiz atletika və cüdo yarışlarında uğurla çıxış ediblər. Cüdoçularımız Turan Səfərov (60 kq) qızıl, İlham Məmmədov (46 kq) gümüş medal qazanıb. Atletimiz Elvira Cabbarova (100 metr məsafəyə qaçış) yarışların ikincisi olub. 



Yeniyetmələrdən ibarət komandamız ümumi hesabda 17-ci yeri tutub. 1999-cu ildə Danimarkanın Esbyorq şəhərində keçirilən Yeniyetmələrin V Avropa Olimpiya Festivalında 11 idman növü üzrə 48 ölkənin idmançısı qüvvəsini sınayıb. Yeniyetmə cüdoçularımız Tural Abbasov (50 kq), Kifayət Qasımova (52 kq) Turan Musayev (73 kq) və Nurəddin Səlimov (81 kq) festivalın bürünc medalını qazanıblar. Azərbaycanın yeniyetmələrdən ibarət yığması bu festivalda ümumi hesabda 34-cü yerlə kifayətlənib. Yeniyetmələrin Mursiyada (İspaniya, 2001) təşkil olunan növbəti yarışında 48 ölkənin yeniyetmə atletləri 11 idman növü üzrə qalib adı uğrunda mübarizə aparıblar. Cüdoçularımızdan Rza Əliyev (55 kq), Rəşad Quliyev (60 kq) gümüş, Xəyal Qəhrəmanov (50 kq), Samir Sərkərov (81 kq) isə bürünc medalla layiq görülüblər. Yığmamız ümumi hesabda 30-cu yerdə qərarlaşıb. 2003-cü ildə Fransanın paytaxtı Parisdə (48 ölkə,10 idman növü ) keçirilən VII festivalda təmsilçilərimiz Nicat Şıxəlizadə (50 kq), Anar Əliyev (81 kq) gümüş, Elşən Kərimov (60 kq), Seymur Rzayev (66 kq) və Teymur Əlixanov (73 kq) isə bürünc medala sahib çıxıblar. VIII festivalda (İtaliya, Liqnano, 2005, 48 ölkə, 11 idman növü) cüdoçularımız Zaur Bağırlı (55 kq) və Teymur Bağırlı (55 kq) qızıl, Samir Dadaşzadə (50 kq) və Asəf Əliyevin (73 kq) bürünc medal qazanması medal əldə edən ölkələrin komandaları sırasında komandamızı ümumi hesabda 19-cu pilləyə qaldırıb. 2007-ci ilin iyul ayında Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən Avropa Yeniyetmələrinin IX Olimpiya Festivalında idmançılarımız atletika, cüdo, velosiped idmanı, tennis, üzgüçülük, stolüstü tennis növlərində təmsil olunublar. Yeniyetmələrimiz bu festivalda uğurla çıxış edərək 7 qızıl (4-ü cüdo, 3-ü atletika) medal qazanıblar. Cüdoçularımızdan Vüqar Şirinli (50 kq), Elsevər Bağırzadə (55 kq), Sərxan Əhmədov (60 kq) və Şahin Qərəmanov (90 kq) fəxri kürsünün birinci pilləsində qərarlaşıblar. Sərxan Əhmədov bu festivalda yarışın ən yaxşı atleti adına layiq görülüb.

Atletika yarışlarında Ramil Quliyev 100 və 200 metr məsafələrə qaçışda, Ənvər Zeynalzadə isə üçtəkanla tullanma yarışlarında qızıl medal qazanıb. Yığma komandamız 37 dövlət arasında 6-cı olub. Festivalın qızıl medalçısı Ramil Quliyev Pekin-2008 Yay Olimpiya Oyunlarında da iştirak edib. Yeniyetmələrin X Olimpiya Festivalı 2009-cu ilin iyul ayında Finlandiyanın Tampere şəhərində təşkil olunub. Festivalda Avropanın 49 ölkəsindən yeniyetmə idmançılar 9 idman növü üzrə 109 dəst medal uğrunda mübarizə aparıblar. Azərbaycan komandası festivalda uğurla çıxış edərək, 2 qızıl, 1 gümüş, 1 bürünc medala sahib çıxıb. Cüdoçularımızdan Kamran Bağırov (50 kq), Cəlil Cəlilov (66 kq) qızıl, Şəfəq Muradzadə (52 kq) gümüş, Mahir Cəfərli (60 kq) isə bürünc medala layiq görülüb. Maraqlıdır ki, Yeniyetmələrin X Olimpiya Festivalında ümumilikdə 37 ölkə medal əldə edib. Ümumi hesabda ölkəmiz 4 medalla 49 ölkə arasında 19-cu pillədə yer alıb. Cüdo üzrə komandamızın üzvləri ümumi hesabda 2 qızıl, 1 gümüş və 1 bürünc medalla II yerdə qərarlaşıb. Rusiya komandası 18 qızıl, 10 gümüş, 8 bürünc medalla birinci, Almaniya 10 qızıl, 8 gümüş, 7 bürünc medalla ikinci, İngiltərə atletləri isə 10 qızıl, 6 gümüş, 9 bürünc medalla üçüncü olublar. Maraqlıdır ki, ev sahibi Finlandiya 21-ci pillədə qərarlaşıb. İslandiya, Lüksemburq, Norveçvə s. kimi ölkələr medalçılar sırasına düşə bilməyib. Avropa Yeniyetmələrinin XI Olimpiya Festivalı 2011-ci ildə iyul ayının 24-29-da Türkiyənin Trabzon şəhərində keçirilib. Bu festivalda dünyanın 49 ölkəsindən 4 minə yaxın 13-18 yaşlı idmançı atletika, basketbol, velosiped, gimnastika, həndbol, cüdo, tennis, voleybol və üzgüçülük üzrə yarışlarda iştirak edib. Festivalda idmançılarımız Trabzon Olimpiya Festivalında altı idman növü üzrə (cüdo, atletika, idman gimnastikası, velosiped, üzgüçülük, tennis) yarışlarda öz qüvvələrini sınayıblar. Trabzon Olimpiya festivalında ölkəmizi atletika üzrə yarışlarda 10 (7 oğlan, 3 qız), cüdoda 12 (6 oğlan, 6 qız), idman gimnastikasında 2 (hər ikisi oğlan), velosiped yarışlarında 3 (hər üçü oğlan), üzgüçülükdə 4 (3 oğlan, 1 qız ) və tennisdə 4 (2 oğlan və 2 qız) idmançı təmsil edib. İdman gimnastikası və cüdo üzrə yarışların idarə edilməsində iki hakimimiz də iştirak edib. Avropa Yeniyetmələrinin XI Olimpiya Festivalında Azərbaycan yığma komandası 3 medala (1 qızıl, 2 gümüş) sahib çıxıb. Cüdoçumuz Firudun Dadaşov (73 kq) rəqiblərindən fərqlənərək qızıl medal qazanıb. Digər cüdoçularımız Hüseyn Rəhimli (66 kq) və Cəlil Şükürov (90 kq) isə gümüş medallara layiq görülüblər. Müqayisə üçün bildirək ki, Azərbaycanın yeniyetmə idmançıları bu günədək keçirilmiş Avropa Yenyetmələrinin 9 Olimpiya Festivalından 8-ində iştirak edib və ümumilikdə 37 medal (13 qızıl, 9 gümüş 15 bürünc) qazanıblar. İndiyədək bu idman oyunlarında əldə olunmuş 37 medaldan 31-i cüdoçuların (10 qızıl, 8 gümüş, 13 bürünc), 6-sı isə atletlərin (3 qızıl, 1 gümüş, 2 bürünc) payına düşür.

Səadət Hakıyeva