Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının güllə atıcılığı yarışları davam edir.
10 m məsafədən pnevmatik tapança ilə atəş açan kişilərin mübarizəsində təsnifat mərhələsi başa çatıb.
Azərbaycan təmsilçisi Ruslan Lunyov yarışda uğursuz çıxış edib. 574 xal toplayan idmançımız 20-ci yeri tutub.