İyulun 20-21-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Kompleksində taekvondo üzrə paytaxt kuboku yarışları keçiriləcək.
Yarışda 6 çəki dərəcəsində müxtəlif yaş qruplarında 150-yə yaxın idmançı mübarizə aparacaq.
Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunacaqlar.
Yarış Bakıda taekvondonun təbliği və inkişaf etdirilməsi, yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, idmançıların yarış təcrübəsinin və ustalığının artırılması məqsədi daşıyır.