Dünya Karate Federasiyasının (WKF) Hakimlər Komissiyasının rəsmiləri Bakıya gələcək. Paytaxtımıza gələcək komissiya sədri Xavyer Eskalante (İsveç), komissiya katibinin asisstenti Fariba Madani (ABŞ) və komissiyanın üzvü Cavad Səliminin (İran) rəhbərliyi ilə avqustun 16-da yerli hakim və məşqçilər üçün növbəti seminar keçiriləcək. Nəzəri seminarın iştirakçılarına sertifikatlar təqdim olunacaq.