İyunun 30-da Ağdaş rayon Olimpiya İdman Kompleksində taekvondo uzrə uşaq, yeniyətmə və gənclər arasında yoldaşlıq görüşü keçirilib. Görüş Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə həsr edilib. Yarışda Ağdaş, Göyçay və Zərdab rayonlarından 70-ə yaxın idmançı iştirak edib. Göyçay Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarış böyük maraqla qarşılanıb. Qeyd edək ki, Ağdaş rayonunu təmsilçilərindən 19 taekvondoçuya məşqçi-müəllim Eşqin İsmayılov rəhbərlik edib. Ağdaş rayon təmsilçiləri Qüdrət Nurizadə və Ənvər Həsənzadə I, Nicat Məmmədov II, Nicat Qasımlı, Niçatxan Nəzirli , Anar Qəhrəmanlı, Bəhram İsgəndərov və Nicat Əhmədov III yerə layiq ğörülüblər. Mükafatçılara medallar və diplomlar təltif olunub.