"Formula-1” yarışlarının baş promouteri Berni Eklstoun Qran-pri çərçivəsində mərhələ yarışlarından birini Bakı şəhərində təşkil etmək niyyətində olduğunu bildirib. O, bu barədə Almaniya mətbuatına açıqlamasında bildirib. "Biz ABŞ-da daha iki yarış təşkil etmək istəyirik. Yarışlar ABŞ-ın Lonq-Biç və Nyu-York şəhərlərində təşkil ediləcək. Biz həm də Tailandda və Bakıda yarışlar təşkil etməyi planlaşdırırıq”, - deyə "Formula-1”in baş promouteri bildirib.
Xatırladaq ki, "Formula-1”-2013 dünya çempionatının yarışları 19 şosedə keçirilir.