Avqustun 20-də Azərbaycanın gənclərdən ibarət taekvondo üzrə yığma komandası Ukraynaya yollanıb.
Xarkovda bir neçə komandanın iştirakı ilə keçiriləcək təlim-məşq toplanışına dəvət alan millimiz 16 idmançı ilə təmsil olunacaq.
Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun rəhbərliyi altında Riyad Şirəliyev (45 kq), Nihad Abbasov (48 kq), Səyyad Dadaşov (51 kq), Pərviz İsgəndərov (55 kq), Nicat Zamanov (59 kq), Kənan Mahmudov (59 kq), Pirəli Cəfərli (73 kq), Taleh Süleymanov (78 kq), Vüsal Balaqadaşov (78 kq-dan yuxarı) və Ələsgər Əliyev (U-21, 68 kq) məşqlərdə iştirak edəcəklər.
Qızlardan isə Səidə Əliyeva (42 kq), Ofelya Allahverdiyeva (44 kq), Fəridə Rzayeva (49 kq), Mirvari Qəmbərli (52 kq), Qönçə Hüseynli (55 kq) və Leyla Məmmədova (U-21, 57 kq) məşqlərə qatılacaqlar.
On gün davam edəcək məşqin sonunda taekvondoçularımız digər ölkələrin idmançıları ilə qüvvələrini sınayacaqlar.