İtaliyanın Bolonya şəhərində güllə atıcılığı üzrə Avropa çempionatı keçirilir. Çempionatda 25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışında ölkəmizi Ruslan Lunyov təmsil edib. Turnirin final mərhələsində idmançımızın rəqibləri Avropa və dünya çempionatının, həmçinin Olimpiya Oyunlarının qalib və mükafatçıları olublar. Finalda təmsilçimiz Ukrayna idmançısı ilə eyni – 587 xal toplayıb. Lakin şəxsi göstəricilərə görə, rəqibi qabaqlayan R.Lunyov Avropa çempionatının qızıl medalını qazanıb.
Qeyd edək ki, 2017-ci ildə Bakıda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarında birinci olan təmsilçimiz həmin il Hindistanda keçirilən dünya kuboku yarışlarında bürünc mükafata layiq görülüb.