9 qat dünya çempionu Sebastyan Loeb "Payks” zirvəsində fantasik tryuk nümayiş etdirib. O, idarə etdiyi 208 T16 avtomobili ilə dünya çempionu Ris Millenin keçənilki rekordunu dəqiqə yarım geridə qoyub. "Buludlarla yarış” adlanan zirvə yürüşündə Loeb 20 kilometrlik məsafəni 8:13, 878 dəqiqəyə qət edib. Bu mənzərəni video görüntü ilə seyr edənləri vahimə basır. Qısa məsafədə 140 km/saat sürətlə irəliləyən çempion qorxduğunu danmayıb. 156 sərt döngə keçən Fransa təmsilçisini ən çox dəhşətə gətirən yolun sonunda sərxoş azarkeşlərin onun avtomobilinin qabağına keçməsi olub.
Qeyd edək ki, "Payks” zirvəsinə sürətli dırmanma hər il beynəlxalq yarış kimi təşkil edilir. ABŞ-ın idman həvəskarları Sebastyan Loebi 1886-cı ildə Fransanın ABŞ-a hədiyyə etdiyi "Azadlıq” heykəlindən sonra ikinci dəyərli hədiyyə kimi qəbul edirlər. Axı məhz Sebastyan Loebin sayəsində indi bütün dünya bu yarış və "Payks” zirvəsi haqda ağızdolusu danışır.