Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kəmaləddin Heydərov yenidən Dünya Taekvondo Federasiyasının (DTF) vitse-prezidenti seçilib.
İyulun 14-də Meksikanın Puebla şəhərində Dünya Taekvondo Federasiyasının 24-cü Baş Assambleyası keçirilib. Toplantıda beynəlxalq qurumun növbəti müddət üçün rəhbərliyi və İdarə Heyəti müəyyənləşib. ATF-nin prezidenti Kəmaləddin Heydərov növbəti dəfə DTF-nin vitse-prezidenti seçilib. Dünya Taekvondo Federasiyasının prezidenti Çunq Von Ço, digər iki vitse-prezident isə Misir nümayəndəsi Əhməd Foli və İtaliyanı təmsil edən Sun Cae Park olublar. Qurumun İdarə Heyətinə 14 nəfər üzv seçilib. Xatırladaq ki, Kəmaləddin Heydərov bundan əvvəlki iki dönəmdə də Dünya Taekvondo Federasiyasının vitse-prezidenti olmuşdu.