Koreyanın Muju şəhərində taekvondo üzrə "Koreya səfiri” kuboku yarışı keçirilib. Hər il Koreyanın müxtəlif ölkələrdəki səfirlikləri taekvondo üzrə yarışlar təşkil edir. Bu il keçirilən yarışların qalibləri arasında isə ilk dəfə dünya birinciliyi keçirilib. Respublikamızda da artıq bir neçə ildir "Koreya səfiri” kuboku yarışları təşkil olunur. Builki turnirdən seçilən üç idmançımız ölkəmizi dünya birinciliyində təmsil edib və hər üçü mükafatçılar sırasında yer alıb.
Koreya Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə yarışa qatılan Məmməd Abdullayevin yetirmələrindən Səyyad Dadaşov (51 kq) və Yaşar Məmmədli (63 kq) qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Digər idmançımız Riyad Şirəliyev (55 kq) isə dünya birinciliyinin bürünc medalına sahib olub.