Güllə atıcılarımız Avropa çempionatında

Güllə atıcılarımız Avropa çempionatında

Polşanın Vrotslav şəhərində böyüklər arasında güllə atıcılığı üzrə Avropa çempionatı keçirilib. Yarışda Azərbaycanı yığma komandamızın üzvləri Ruslan Lunyov və Nigar Bağırova təmsil ediblər. Avropa çempionatında 10 metr məsafəyə tapançadan atəşaçma yarışlarında N.Bağırova 571 xalla 17-ci, Ruslan Lunyov 578 xalla 18-ci olublar.