Meksikanın Puebla şəhərində taekvondo üzrə keçirilən dünya çempionatı davam edir. Yığmamız yarışın üçüncü günündə qadınlardan ibarət yığmanın üzvü Fəridə Əzizovadan (67 kq) sonra daha bir bürünc medala sahib olub.
Azərbaycan Taekvondo Federasiyasından olimpnews.az-a daxil olan məlumata görə, Meksikada təşkil edilən dünya çempionatının 5-cü günü üç idmançımız yarışda iştirak edib. Qadın taekvondoçulardan Marina Tedeeva (-73 kg) rəqibi İBOGNİ Graceylə (GAB) görüşdə qalib gəlib. Serbiya təmsilçisi Milica Mandiçlə qarşılaşmadan isə məğlub ayrılan indmançımız yarışı tərk edib.
Kişilərdən Ceyhun Həsənli (+87 kg) ilk döyüşdə 11:4 hesabı ilı Baber Al-Enaziyə (KUW) qalib gəlib. İkinci döyüşdə isə İvan Trajkovicə (SLO) 9:11 hesabı ilə məğlub olaraq yarışı tərk edib.
Dünya çempionatının bürünc mükafatçısı Radik İsayev isə (-87 kg) ilk döyüşdə Dorde Marcetici (SRB) 17:4 hesabı ilə məğlub edib. Növbəti döyüşünü Norveç təmsilçisi Mohammed El-Hatriyə qarşı keçirən taekvondoçumuz 9:4 hesabı ilə qalib gələrək erməni Genadi Arustamyanla qarşılaşmalı olub. Lakin rəqib döyüşdən imtina edib. Növbəti mərhələyə keçən taekvondoçumuz Yunanıstan təmsilçısı Konstantinos Gkoltsiosluya 9:5 hesabı ilə inamlı qələbə qazanaraq yarımfila vəsiqə qazanıb. Təəssüf ki, yarışların yarımfinalında Ma Zhao Younga (CHN) məğlub olan taekvondoçumuz bürünc mükafatla kifayətlənib.
Qeyd edək ki, iyulun 20-də Puebla dünya çempionatında idmançılarımızdan Günay Ağakişiyeva (-57 kg) və Fariz Əliyev (-63 kg) yarışacaq.
olimpnews.az