Şirvanda Olimpiya İdman Kompleksi istifadəyə verilmişdir

Şirvanda Olimpiya İdman Kompleksi istifadəyə verilmişdir


İyulun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şirvan Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi. Bu kompleksin təməli Prezident İlham Əliyevin 2010-cu ilin aprelində Şirvana səfəri zamanı qoyulmuşdur. Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına məlumat verdi ki, ümumi sahəsi 4,5 hektar olan Olimpiya İdman Kompleksinin həyətində geniş abadlıq quruculuq işləri görülmüşdür. Burada idmanın bir çox növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılmışdır. Kompleksin binasının foyesində ümummilli lider Heydər Əliyevin idmançılara göstərdiyi qayğını, sovet və müstəqillik dövrlərində Şirvana səfərlərini əks etdirən fotolardan ibarət stend yaradılmışdır.



Burada Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqəti və bu rayona səfərlərini əks etdirən fotolar da böyük maraq doğurur. Bildirildi ki, Şirvan Olimpiya İdman Kompleksində 20 otaqdan ibarət 44 yerlik müasir mehmanxana da fəaliyyət göstərəcəkdir. Burada qonaqların və idmançıların qalması, istirahəti üçün hər cür şərait yaradılmışdır. Kompleksdəki yeməkxana da müasir səviyyədədir. Kompleksdə yaradılan şəraitlə tanışlıq zamanı Prezident İlham Əliyevə Olimpiya Hərəkatı Muzeyinin, eləcə də Əl Oyunları Sarayının əsaslı təmir və yenidənqurma layihələri barədə məlumat verildi. Dövlətimizin başçısına bildirildi ki, kompleksdə müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı və inzibati otaqlar mövcuddur. Burada müasir idman qurğuları ilə təchiz edilmiş trenajor, cüdo, güləş, boks zalları, sauna və bilyard otağı da fəaliyyət göstərəcəkdir. Bu müasir kompleksin idman zalında 980
tamaşaçı yeri vardır. Zalda idmançılar mini futbol, voleybol və basketbol ilə məşğul olacaqlar. Burada istər yerli, istərsə də beynəlxalq əhəmiyyətli idman tədbirləri keçirmək mümkün olacaqdır. Kompleksin ümumi uzunluğu
50 metr olan üzgüçülük hovuzu da müasir səviyyədə yaradılmışdır. İdman qurğusunun həyətində 1020 yerlik futbol stadionu, mini futbol, basketbol meydançası inşa edilmişdir. Prezident İlham Əliyev Şirvan Olimpiya
İdman Kompleksində yaradılmış u1096 şəraiti yüksək qiymətləndirdi.