Dünya Taekvondo Federasiyasının (DTF) prezidenti doktor Çunq Von Ço Bakıya növbəti səfərə gəlib. Azərbaycan Taekvondo Federasiyasından (ATF) oimpnews.az-a daxil olan xəbərə görə, növbəti 4 il müddətə DTF-in rəhbəri seçilməsindən sonra ölkəmizə səfər edən qonaq Azərbaycan Taekvondo Federasiyasının prezidenti və DTF-in vitse-prezidenti Kəmaləddin Heydərovla görüşüb. Federasiya rəhbərləri qarşıdakı perspektivlər barədə ətraflı söhbət ediblər. DTF-in digər vitse-prezidenti, misirli Əhməd Fouli də paytaxtımızda təşkil edilən tədbirlərdə iştirak edib.
Qeyd edək ki, DTF-in taekvondo üzrə nümunəvi çıxışlar qrupu da Bakıda səfərdədir. İyulun 29-da Dənizkənarı Milli Parkda taekvondo qurupunun nümunəvi çıxışları keçirilib. Paytaxt sakinləri idmançıların təqdim etdikləri tryukları böyük maraqla izləyiblər. Taekvondonun təbliğinə həsr olunmuş belə nümunəvi çıxışların Sumqayıt və Qəbələ şəhərlərində də nümayiş etdirilməsi nəzərdə tutulub.