Pilot motosikllə qəzaya düşüb

Pilot motosikllə qəzaya düşüb

Argentinalı keçmiş pilot Esteban Tuero Buenos Ayresdə avtomobil qəzasına düşüb. Belə ki, o, idarə etdiyi motosikllə səkidə hərəkət edərkən, qarşı tərəfdən gələn bir başqa motosiklə toqquşub. Nəticədə hər iki motosiklsürən ciddi xəsarət alıb. Tuero dərhal xəstəxanaya çatdırılıb. Onun vəziyyəti stabildir. Qarşı tərəf barəsində isə heç bir məlumat yoxdur.

Məlumat üçün bildirək ki, Esteban Tuero 1998-ci ilə mövsümünə qədər «Minardi»komandasının pilotu olub. Lakin o, həmin komandada heç bir xal toplaya bilməyib.​