İdmançılarımız İrlandiyada 2 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıblar

İdmançılarımız İrlandiyada 2 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıblar


Avqustun 1-10-dək Şimali İrlandiyanın Belfast şəhərində güc strukturlarının əməkdaşlarının IV Ümumdünya Oyunları keçirilib. Dünya oyunlarında 54 növ üzrə 64 ölkədən 10 min nəfərə yaxın idmançı-əməkdaş iştirak edib.
Oyunların rəsmi açılış mərasimi avqustn 1-də keçirilib. İştirakçı ölkələrin yığma komandaları öz bayraqları ilə tamaşaçıların qarşısında, alqış sədaları altında stadiona daxil olublar və dünya oyunlarının məşəli alovlandırılıb. Oyunlarda iştirak edən komandamız əməkdar məşqçi M.Seyidovun başçılığı ilə yarışlara qatılıb. Bu yarışlarda idmançı-əmakdaşlarımiz karate, cüdo, sərbəst və yunan-Roma güləşi idman növü üzrə öz qüvvəsini sınayıblar. Avqustun 3-4-də karatenin WKF növü üzrə yarışda Altay Əmirli 65 kq) gümüş medala, Mais Hacımuradov (70 kq) və Səlim Salmanov (85 kq) qızıl medala layiq görülüblər. Həmin gün cüdo üzrə yarışlarda Elşən İbişov (81 kq) gümüş medala sahib olub. Avqustun 6-7-də güləşin yunan-Roma növü üzrə turnirdə Toğrul Quliyev (84 kq) bürünc medala sahib çıxıb. Pərviz Ağayev (84 kq) isə sərbəst güləşdə gümüş medal qazanıb. Ümumilikdə, komandamız 2 qızıl, 2 gümüş, 1 bürünc medal əldə edib.