Rusiyanın Yekaterinburq şəhərində keçirilməsi planlaşdırılan sambo üzrə Avropa çempionatı ləğv edilib. Bu barədə TASS-a Avropa və Ümümrusiya Sambo Federasiyasının prezidenti Sergey Yeliseyev məlumat verib.
O bildirib ki, yarış dünyada, Rusiyada və xüsusən Yekaterinburqda olan epidemioloji vəziyyətə görə ləğv edilib.
Qeyd edək ki, Avropa çempionatı bu il noyabrın sonunda keçirilməli idi. Yarışda Azərbaycan idmançılarının da iştirakı nəzərdə tutulmuşdu.
Pandemiyaya görə daha bir Avropa çempionatı ləğv olundu