MMA-da nakautla bitən növbəti döyüş

MMA-da nakautla bitən növbəti döyüş

MMA-nın amerikalı döyüşçüsü Kaos Uilyams Las Veqasda (ABŞ) keçirilən UFC Fight Night 183 turnirində qanalı Abdulla Rəzak Əlhəsəni məğlub edib. Döyüş yarı-orta çəki dərəcəsində keçirilib. 26 yaşlı amerikalı idmançı rəqibini turnirin birinci mərhələsinin 30-cu saniyəsində nakauta salıb.
Qeyd edək ki, Kaos Uilyams üçün bu, MMA çərçivəsində 11-ci qələbəsi olub.