Taekvondoçularımız növbəti sınaq ərəfəsindədirlər

Taekvondoçularımız növbəti sınaq ərəfəsindədirlər


Avqustun 20-24-də Rumıniyanın Buxarest şəhərində yeniyetmələr arasında Avropa birinciliyi və para-taekvondo üzrə Avropa çempionatı keçiriləcək. Yarışda ölkəmizi Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Nağı Səfərovun rəhbərliyi ilə yeniyetmələrdən ibarət milli komanda və para-taekvondo üzrə yığmamız təmsil edəcək. Yeniyetmələr arasında keçiriləcək qitə birinciliyində ölkəmizi Ümid Məmmədov (-33 kq), Əli İsazadə (-37 kq), Cavid Məmmədov (-41 kq), Əli Məmmədov (-45 kq), Bəxtiyar Həsənov (-49 kq), Nurlan Fətəliyev (-53 kq), Nijat Əsgərli (-57 kq), Əliəsgər Əliyev (-61 kq), Mirəli Hüseynov (-65 kq), Sevda Pirseyidov (-29 kq), Nərgiz Mirzəyeva (-33 kq), Jəvarət Dövlətova (-44 kq), Məleykə Quliyeva (-51 kq) təmsil edəcəklər. Para-taekvondo üzrə seçmə komandanın baş məşqçisi, əməkdar məşqçi Əvəz Tağıyev və böyük məşqçi Yaşar Səfərovun altında Buxarestə yollanacaq heyətdə bir sıra titullu idmançılarmız yer alıblar. Belə ki, ikiqat dünya çempionları Aynur Məmmədova, Vüsal İsmayılov (+80 kq), dünya çempionatının gümüş mükafatçıları Bahar Şıxəliyeva (-49 kg), Əbülfəz Abuzərli (-68 kq), Cahangir Bayramov (+80 kq), Rövşən Qəhrəmanlı (-58 kq) eləcə də bürünc mükafatçılar Emin Nüsrətdinov (-58 kq), Aleksandr Polişuk (-80 kq), Rövşən Rzayev (-80 kq) və Nicat Müslümov (-68 kg) Avropa çempionatında qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, para-taekvondo üzrə II Avropa çempionatına avqustun 21-start veriləcək. Yığmamız vətənə avqustun 26-da qayıdacaq.