Döyüşçü Məhəməd İsmayılov ACA liqasının (Absolute Championship Akhmat) prezidenti Aleksey Yasenkoya başında balta olan vudu gəlinciyini hədiyyə etmək istəməsinin səbəbini açıqlayıb. Belə ki, dekabrın 13-də M.İsmayılov Moskvada keçirilən ACA 115 turnirində hakimlərin yekdil qərarı ilə İvan Ştırkov üzərində qələbə qazanıb. Döyüşdən sonra o, A.Yasenko üçün gətirdiyi başında balta olan vudu gəlinciyini nümayiş etdirib. Bildirək ki, bir müddət əvvəl Aleksey Yasenko mətbuat konfransında döyüşçüyə vudu gəlinciyini bağışlamışdı.
“Mənə vudu gəlinciyini Yekaterinburqdan yollamışdılar. Bu isə Dağıstandan olan vudu gəlinciyidir. Bizim gəlinciyimizdə iynə yoxdur, yalnız balta var. Bəlkə də, həmin gəlinciyi mənə A.Yasenko göndərməyib. Ola bilər. Lakin o, həmin hədiyəni mənə təqdim etmişdi. Mən belə hadisələrə sakit reaksiya verirəm. Allaha dua edib, ona itayət edəcəm. Bu mənə yetərlidir. Lakin mənim valideynlərimə bu çox pis təsir etdi. Belə bir hadisə ilə qarşılaşmaq çətin oldu. Hətta ailə üzvlərimdən bəziləri göz yaşlarına hakim ola bilmədilər. Mənimlə zarafat etmək başqadır, ailəmlə belə zarafat etmək tamam başqa məsələdir. Başında balta olan vudu gəlinciyi cavab atəşidir. Hədiyyə mənə ünvanlanıbsa, onu mənə təqdim etmək lazımdır. Bunu ictimaiyyətə göstərib-göstərməmək isə mənim işimdir”, - deyə M.İsmayılov bildirib.