“Qarabağ” İdman Klubunun üzvü çempionu oldu

“Qarabağ” İdman Klubunun üzvü çempionu oldu

İspaniyada fəaliyyət göstərən Qarabağ İdman Klubunun idmançısı ölkə çempionu olub. Əsası İspaniya Kikboksinq Federasiyasının üzvü, peşəkar idmançı, Muay tay idman növü üzrə İspaniya çempionu Şamo Eyvazov tərəfindən qoyulan idmançıları nailiyyətlər əldə etməkdədirlər.

“Qarabağ” İdman Klubunun üzvü Danut Mixail İspaniya çempionatına qatılıb. 81 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək İspaniya çempionu olub. İdmançı qızıl medal qazanıb.

Klub Qarabağ həqiqətlərinin çatdırılması ilə məşğuldur. Bütün yarışlara Qarabağ adından çıxırlar. Klub İspaniya idman ictimaiyyətinin diqqətini cəlb edib.

Klubun əsası İspaniyada yaşayan İspaniya Kikboksinq Federasiyasının üzvü, peşəkar idmançı, Muay tay idman növü üzrə İspaniya çempionu Şamo Eyvazov tərəfindən qoyulub.