İstanbulda yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında keçirilən kikboksinq üzrə dünya kuboku yarışı sayılan "Turkish Open" beynəlxalq turnirində idmançılarımız uğurla çıxış ediblər.
Kiksboksinqçilərimiz qardaş ölkədə 49 medal qazanıblar. Bunlardan 13-ü qızıl, 9-u gümüş və 27-si bürünc medaldır. Bu nəticə ilə Azərbaycan yarışda ən yaxşı nəticə göstərən beşinci ölkə olub.
İlk dəfə bu yarışda kikboksinqin “point faytinq” növü üzrə yarışan millimiz 6 bürünc medal qazanıb. Həmin idmançılar ölkəmizi Konyada keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında təmsil edəcəklər.
Kikboksinq üzrə millimizin İslamiadadan öncə daha bir beynəlxalq yarışda çıxışı gözlənilir. Belə ki, təmsilçilərimiz iyunun 2-5-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək növbəti dünya kuboku yarışında güclərini sınayacaqlar.